Ukraynanın şərqində gedən müharibədən ölkənin başqa yerlərinə qaçan adamların sayı iki ayda 2600-dən 102 min 600 nəfərə sıçrayıb.
İyun-avqust aylarını əks etdirən bu rəqəmlərin artımı təhlükəsizlik qüvvələri ilə Rusiya yönümlü separatçıların arasında döyüşlərin kəskin şiddətlənməsi ilə eyni vaxta təsadüf edir.
ANS PRESS-in məlumatına görə, BMT xəbər verir ki, hər gün döyüş əməliyyatları gedən bölgələri min nəfər tərk edir.
Daha 168 min nəfərin münaqişəni qızışdırmaqda ittham olunan Rusiyanın ərazisinə keçdiyi xəbər verilib.
BMT deyir ki, qiyamçılar nəzarətlərində olan ərazilərdən hərbi qulluq yaşında olanların çıxmasına maneçilik törədirlər.
Münaqişə zonasının yaxınlığındaklı sığınacaqlarda döşəklər, yatacaq və gigiyena əşyaları kimi elementar şeylərin çatışmadığı xəbər verilir.
Ukrtaynanın yeni hökuməti Donetsk və Luqansk regionlarındakı separatçı hərəkatları yatırmaq üçün ötən apreldə bölgəyə qoşun göndərəndən bəri döyüşlərdə azı 1500 nəfər həlak olub.
O vaxtdan bəri qiyamçılar nəzarətlərində olan iki şəhərə sıxışdırılıb, hərçənd ətraf yerlərdə də müqavimət adacıqları var.
Bu böhrandan əvvəl Donetsk və Luqanskda toplam 6,5 milyon əhali yaşayırdı. Bu Ukrayna əhalisinin ümumi sayının 14 faizidir.
BMT-nin məlumatına görə ötən martda Krım Rusiya tərəfindən ilhaq ediləndən bəri 117 min insan dogma yurd-yuvalarını tərk etməli olub, lakin bunların 85 faizi ölkənin şərqindəndir.
BMT-nin evlərini nə üçün tərk etdikləri barədə verilən sualın qaçqınlar müxtəlif cavablar verib. Bunlar atəş xəttinə düşmək, etnik mənşəyinə görə təqib olunmaq, zorla hökumət qoşunlarına səfərbər edilmək, oğurlanmaq, aşağılanmaq kimi hadisələrdən qorxu ilə bağlıdır.
BMT bildirir ki, evlərini tərk etməyənlər yaşadıqları ərazilərdə artan zoralkılıqlardan, infrastrukturun dağılmasından, su və elektrikin qıtlığından əzab çəkirlər.
Məlumatlarda deyilir ki, Donetsk və Luqanskda evlər qismən və ya tamamilə dağıntıya məruz qalıb.
Donetsk və Luqanskda itkilərin sayını dəqiqiləşdirmək çətindir, lakin BMT-nin ötən aya aid məlumatında 522 mülki şəxs və 258 hərbçinin həlak olduğu bildirlib.
Qiyamçılar bildirirlər ki, onların itkiləri azı 800 nəfərdir və hökumət qoşunlarının itkiləri barədə məlumatlar gizlədilir.
Bu arada qiyamçı qüvvələr tərəfindən əsas birləşmələrindən ayrı salınmış və Rusiya ərazisinə keçmiş 300 Ukrayna döyüşçüsünün taleyi qeyri-müəyyən olaraq qalır.
Ukraynanın sərhəd qoşunlarına aid əsgərlər Rusiya ərazisinə ötən bazar ertəsi keçiblər və hazırda çadırlarda yerləşdiriliblər.
[04:37:57] ZOHRAB İBN MALİK İBRAGİMLİ: