Ukraynada nələr oldu?
23 Fevral 2014 Bazar 16:21
Viktor Yanukoviçin ölkəni tərk etməsinin qarşısı alındı, Timoşenko həbsxana həyatından sonra ilk dəfə Maydanda çıxış edib.
Ukrayna Dövlət sərhəd xidməti göyərtəsində Viktor Yanukoviçin olduğu çarter reysinin Donetsk şəhərindən uçmasına imkan verməyib. BBS-nin rusdilli xidmətinin məlumatina görə, o, Donetsk hava limanından müvafiq sərhəd qeydiyyatı aparılmadan çarter reysi uçmağa çalışıb.

Təyyarənin trapında nəzarətçiləri silahlı şəxslər qarşılayıb və pul qarşılığında təyyarənin qeydiyyatsız uçmasına icazə verilməsini təklif ediblər. Sərhədçilər imtina etdikdən sonra təyyarəyə iki zirehli avtomobil yaxinlaşıb və təyyarədən çıxan Viktor Yanukoviç onlardan birinə əyləşərək, naməlum istiqamətdə gedib.

Viktor Yanukoviçin hara uçmaq istədiyi və hazirda harada olduğu barədə məlumat yoxdur. Yanukoviçin przident səlahiyyftəlrinə xitam verildikdən sonra isə ölkədə prezident seçkilərinin vaxtı açıqlanıb. Seçkilər mayın 25-ə təyin edlib. Həbsxanadan çıxan keçmiş baş nazir Yuliya Timoşenko da prezient seçkilərində iştirak edəcəyini açıqlayıb.

İki illik məhkumluq həyatından sonra azadlığa çıxan ölkənin sabiq baş naziri Yuliya Timoşenko paytaxt Kiyevdə əvvəlcə müxalifət fəalları ilə görüşüb. Timoşenko həbsdən çıxdıqdan sonra ilk olaraq, qarşıdurmalar zamanı öldürülən fəalların xatirəsinə ucaldılan abidəni ziyarət edib. Daha sonra Maydana qayıdan xanım siyasətçi tərəfdarlarının qarşısında çıxış edib. Timoşenkonun həbsdən sonra ilk çıxışını izləmək üçün mərkəzi küçə və meydanlara on minlərlə insan toplaşıb.

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko şəhərin tanınmaz hala düşdüyünü deyib: “Mən Kiyevə gəldikdə şəhəri tanımadım. Bir tərəfdə yandırılmış avtomobilləri, barrikadaları, digər tərəfdə isə ölənlərin xatirəsinə düzülmüş çiçəkləri görmək olur. Bu, artıq azad insanların ölkəsi olan Ukraynadır. Siz bizə və gələcəkdə də burada yaşayacaq insanlara azad bir ölkə vermisiniz. Maydanda həlak olan qəhrəman insanların da məqsədi bu idi. Onlar bizim azadlıq xilaskarlarımızdır.”

Hakimiyyətin demək olar ki, müxalifətin əlinə keməsinə baxmayaraq, ölkə prezidenti Viktor Yanukoviçin istefa verməməsi meydanda daha çox qan tökülməsinə səbəb ola bilər. Bu məqsədlə də Timoşenko prezident istefaya gedənə qədər tərəfdarlarına etirazları davam etdirməsi üçün müraciət edib. Müxalifət nümayəndələri də onunla həmfikir olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar