Ukraynada mədənlərdən birində uçqun baş verib. Donetsk vilayətində yerləşən Novodzerjinski mədənində baş verən hadisə nəticəsində 9 şaxtaçı itkin düşüb. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. Hadisə ötən gün saat 15-radələrində 585 metr dərinlikdə qeydə alınıb. Uçqun baş verən zaman mədəndə 14 nəfər olsa da, onlardan yalnız 5-i xilas ola bilib. Ümumilikdə isə adıçəkilən mədəndə 118 şaxtaçı işləyib.
Hazırda itkin düşmüş şaxtaçıların axtarışları davam edir. Mədəndə işlər dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, bu, 2009-cu ildə Donetsk mədənlərində baş verən ikinci uçqun hadisəsidir. Yanvar ayında "Rusiya" mədənində baş vermiş yanğın nəticəsində 14 şaxtaçı xəsarət almışdı. /ANS PRESS/