Ukraynada hərbi hissəyə silahlı basqın: 1 əsgər ölüb
23 Mart 2012 Cümə 05:48
Hücumu törədənlərdən biri öldürülüb, digəri saxlanılıb.
Ukraynanın şərqində yerləşən Xarkovda hərbi hissəyə silahlı basqın cəhdi olub. 2 silahlı şəxs hərbi hissənin ərazisinə keçmək məqsədilə qarovul çəkən əsgərlərə hücum edib. Üzərlərində odlu və soyuq silah olan cinayətkarların qəfil hücumu nəticəsində 1 əsgər həlak olub, daha 2-si yaralanıb. Hadisədən sonra Daxili İşlər nazirliyinin sözçüsü, Anatoliy Pruşko Xarkov şəhərində yerləşən hərbi hissədə silahlı insidentin baş verdiyini təsdiqləyib. Pruşko şübhəli şəxslərdən birinin öldürüldüyünü, digərinin isə saxlanıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, silahlı insidentin baş verdiyi Xarkov şəhəri bu ilin yayında keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar