Ukraynada hərbi hissəyə maskalılar hücum etdi
24 Aprel 2014 Cümə Axşamı 12:12
Ukraynanın Artemovsk şəhərindəki hərbi hissəyə hücum olub. Atışma nəticəsində bir əsgər yaralanıb.
Ukraynanın Artemovsk şəhərindəki hərbi hissəyə hücum olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Regional Tibb Mərkəzinin rəhbəri Dmitri Qorbunov bildirib. Onun məlumatına görə, hərbi hissənin ərazisinə 50 nəfər maskalı silahlı şəxs soxulub.

Bundan dərhal sonra hərbi hissənin şəxsi heyəti həyəcan siqnalı ilə ayağa qaldırılıb. Atışmadan sonra maskalı silahlılar geri çəkilıiblər. Silahlı insident nəticəsində bir nəfər ukraynalı əsgər yaralanıb.

Hadisə yerinə Donetsk şəhər Prokurorluğu əməkdaşları gəlib. Təhqiqat aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar