Odessa meriyası istehlak bazarı və istehlakçıların hüquqlarının müdafiəsi idarələrinə verilən 24 saatlıq iş rejiminə dair qərarların hamısını ləğv etmək niyyətindədir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Odessa Şəhər Şurası İcraiyyə Komitəsinin bu gün keçirilən iclası zamanı idarənin müdiri vəzifəsinin icraçısı Yevqeni Şevçenko bildirib.
Onun sözlərinə görə, Şəhər İcraiyyə Komitəsi verilən bütün qərarları təftiş etmək və onları ləğv etmək, gələcəkdə isə belə qərarlar verməmək niyyətindədir. /ANS PRESS/