Ukraynada bütün nazirlər işdən çıxarıldı
10 Dekabr 2010 Cümə 03:10
Viktor Yanukoviç ölkədə inzibati islahatlara başladı
Ukrayna prezidenti Viktor Yanukoviç bütün nazirlər və baş nazirin müavinlərini işdən çıxarıb. Yalnız baş nazir Nikolay Azarov vəzifəsində qalıb. Dövlət başçısının saytında yerləşdirilən məlumata görə, bu addım ölkədə inzibati islahatların başlanması ilə əlaqədar atılıb.

Viktor Yanukoviç ötən gün inzibati islahatların başlandığını elan edib. İslahatlar nəiticəsində nazirlərin sayı 24-dən 16-ya endiridəcək. İşdən çıxarılan nairlərin əksəriyyətinin yenidən öz vəzifələrinə təyin ediləcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar