Ukraynada azərbaycanlının prezidentliyə namizədliyi təsdiqlənmədi
01 Noyabr 2009 Bazar 02:35
MSK-da bunu Zaur Abbasov tərəfindən təqdim olunmuş sənədlərin qanunun tələblərinə cavab verməməsi ilə əsaslandırıblar
Ukrayna Mərkəzi Seçki Komissiyası azərbaycanlı Zaur Cavanşir oğlu Abbasovu prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib. MSK-da bunu Zaur Abbasov tərəfindən təqdim olunmuş sənədlərin qanunun tələblərinə cavab verməməsi ilə əsaslandırıblar. Qeydiyyatdan imtina ilə bağlı qərar komissiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Abbasov Zaur Cavanşir oğlu 1958-ci ildə Azərbaycanda anadan olub. Hazırda Ukrayna vətəndaşıdır və Dnepropetrovsk şəhərində yaşayır. Xalq Partiyasının üzvüdür. Müvəqqəti işsizdir.
Ukrayna qanunvericiliyinə görə, qeydiyyatdan imtina olunduqdan prezidentliyə iddialı noyabrın 11-dək lazım olan sənədləri MSK-ya təkrarən təqdim edə bilər.
Qeyd edək ki, Ukrayna prezidentliyinə 12 namizəd rəsmən qeydiyatdan keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: