Ukrayna xarici işlər naziri istefaya göndərilib
03 Mart 2009 Çərşənbə Axşamı 14:30
Ukrayna xarici işlər naziri istefaya göndərilib
Kiyev – APA. Ukrayna Ali Radası xarici işlər naziri Vladimir Oqrızkonu istefaya göndərib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, qərar Regionlar Partiyasından 174, “Yuliya Timoşenko” blokundan 49 və Kommunist Partiyasından 27 deputatın səsi – ümumilikdə 250 səslə qəbul olunub. Səsvermə RP və kommunistlərin təklifi ilə keçirilib. Hər iki siyasi partiya V. Oqrızkonu Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar