"Ukrayna və Gürcüstan NATO-ya daxil olmağa indi hazır deyillər və bu vəziyyət çətin ki, yaxın gələcəkdə dəyişsin". ANS PRESS-in İtar Tassa-a istinadən verdiyi məlumata görə, bu bəyanatla Böyük Britaniyaya "vida səfəri" çərçivəsində qurumun baş katibi Yap de Hoop Skeffer çıxış edib.
"NATO həmişə fundamental prinsiplərə əsaslanıb və əsaslanmağa davam edir. Buna əsasən Avropanın hər bir ölkəsi Şimali Atlantika Aylyansına daxil olmaq üçün müraciət etmək hüququna malikdir. Ancaq istək hələ hər şey demək deyil. Dövlətlər NATO-nun bütün tələblərinə cavab verməlidirlər". Onun sözlərinə görə, bu gün nə Ukrayna, nə də Gürcüstan buna hazır deyil. "Ukraynada daxili siyasi vəziyyət diplomatik dillə desək "çətindir", Gürcüstanda da o qədər aydın deyil". /ANS PRESS/