Ukrayna və BVF razılığa gəlib
03 İyul 2010 Şənbə 19:05
Tərəflər növbəti 2,5 ili birgə çalışacaq.
Beynəlxalq Valyuta Fondu və Ukrayna hökuməti uzun sürən danışıqlardan sonra iki il yarımlıq əməkdaşlıq proqramının həyata keçirilməsinə dair razılıq əldə edə biliblər. Bu barədə Ukraynanın Nazirlər Kabineti tərəfindən verilən məlumatda bildirilir.
“Ukrayna Nazirlər Kabineti, Beynəlxalq Valyuta Fondu, eləcə də Ukrayna Milli Bankı arasında danışıqlar başa çatıb. Tərəflər növbəti 2,5 il müddətinə dair əməkdaşlıq proqramını təsdiqləyiblər”, - deyə məlumatda bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: