Ukrayna və Belarus Avropada liderdi
28 Dekabr 2009 Bazar Ertəsi 17:45
Avropa Birliyi ölkələri üzrə orta inflyasiya səviyyəsi bu müddətdə 1,2 faiz təşkil edib
Bu ilin 11 ayında inflyasiya səviyyəsinə görə Ukrayna və Belarus Avropada liderdir. “İqtisadi forum” jurnalının “Eurostat” agentliyinə istinadən verdiyi məlumata görə, üçüncü yüksək inflyasiya səviyyəsi qonşu Rusiyada qeydə alınıb.
2009-cu ilin yanvar-noyabr aylarında istehlak qiymətlərinin artımı Ukraynada 11,3 faiz, Belorusda 8,7 faiz, Rusiyada isə 8,4 faiz olub.
Avropa Birliyi ölkələri üzrə orta inflyasiya səviyyəsi bu müddətdə 1,2 faiz təşkil edib. Noyabrda əvvəlki ayla müqayisədə istehlak qiymətlərinin ən yüksək artımı Türkiyədə və Ukraynada qeydə alınıb.
Bir sıra Avropa ölkələrində isə əksinə, oktyabr ayı ilə müqayisədə qiymət azalması qeydə alınıb. Maltada noyabr ayında orta hesabla 2,6 faiz, Latviyada 0,7 faiz istehlak qiymətlərinin düşməsi müşahidə edilib. Estoniya, Almaniya, İrlandiya və Niderlandda azalma 0,1-0,3 faiz olub. Avropa Birliyi üzrə orta qiymət azalması bir ayda 0,2 faiz təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: