Ukrayna ultimatum verdi
11 Mart 2014 Çərşənbə Axşamı 17:22
Ukrayna Krım Muxtar Respublikasına ultimatum verib.
 Ukrayna parlamentinin deputatları Krım Ali Şurasının mart ayının 16-da keçirilməsi planlaşdırılan referendumla bağlı qəbul etdiyi qərarın Ukrayna konstitusiyasına zidd olduğunu bildiriblər.

ANS PRESS-in məlumatına görə, parlamentdə sözügedən məsələ səsverməyə çıxarılıb. 324 deputatdan 255-i Krım Ali Şurasına ultimatum göndərilməsi ilə bağlı bəyənatın lehinə səs verib.

Qəbul edilən bəyanatda bildirilir ki, Krımda yaşayan əhali referendumda iştirak etməməlidir.

Qeyd edək ki, Krım Muxtar Respublikasınada martın 16-da keçiriləcək referendumda müsbət nəticələr əldə edilsə, bölgə tamamilə Rusiyaya birləşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar