Ukrayna Rusiyaya nota verdi
19 Mart 2014 Çərşənbə 12:07
Etiraz sənədində Krımın Rusiyanın tərkibinə daxil edilməsinə qarşı etiraz bildirilib.
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Ukraynadakı müvəqqəti müvəkkili Andrey Vorobyovu çağıraraq, ona etiraz notası təqdim edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Notada Rusiyanın Krım Respublikasını Sevastopol şəhərini Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə qarşı etiraz bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyi həm BMT-nin Nizamnaməsinə, həm də Ukrayna ilə Rusiya arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və müttəfiqlik haqqında sazişə istinad edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar