Ukrayna Rusiyaya 11 milyard dollar ödəməkdən imtina etdi
01 May 2014 Cümə Axşamı 20:15
Ukraynanın milli qaz şirkəti "Naftoqaz" almadığı qaz həcmlərinə görə "Qazprom"a 11 milyard dollar ödəməyəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə "Naftoqaz" şirkətinin idarə heyətinin sədri Andrey Kobolev bildirib.
"11 milyard dollar borca gəldikdə isə, "Qazprom" borcu müqavilənin "teyk o pey" bəndinə, yəni alınmamış qaza görə hesablayır.
"Qazprom" bu iddianı bir dəfə 2012-ci ilə görə də qaldırmışdı. "Naftoqaz"ın mövqeyi belədir ki, bu cür iddialar nə müqaviləyə, nə də qaz bazarının normalarına uyğun gəlir", - deyə Kobolev bildirib.
"Qazprom" 2013-cü ildə "Naftoqaz"a qarşı "al, ya ödə" şərti ilə 11,388 milyard dollar iddia qaldırmışdı.
DOSTLARINLA PAYLAŞ: