Ukrayna Rusiyanı məhkəməyə verəcək
09 Avqust 2014 Şənbə 09:59
Ukrayna Rusiyanı beynəlxaql məhkəməyə verir. Bu barədə ölkənin ədliyyə naziri Pavel Petrenko məlumat yayıb.
Ukrayna Rusiyanı beynəlxaql məhkəməyə verir. ANS PRESS-in məlumatına görə, bu barədə 5-ci kanal efirində ölkənin ədliyyə naziri Pavel Petrenko məlumat verib. Nazirin dediyinə görə Ukrayna Rusiya Federasiyasının Donbasda baş verənlərlə əlaqədar terrorçuları maliyyələşdirməsinə aid BMT məhkəməsinə iddia hazırlamasına başlayıb.
“Ölkənin şərqində baş verənlərlə bağlı hüquqi mübahisə hazırlayırıq. Bizim əlimizdə Rusiyanın terrorçuları silah, texnika, pul və muzdlu əsgərlərlə dəstəklədiyinə dair təkzibolunmaz dəlillər var. Ukrayna BMT-nin beynəlxalq məhkəməsinə Rusiyaya qarşı terroristlərə kömək etmək qadağası ilə bağlı beynəlxalq konvensiyanın pozmasına dair iddia hazırlayır” - deyə Petrenko bildirib.
Nazir bildirib ki, hazırki konvensiya yetərincə ciddi beynəlxalq aktdır və onun pozulması ciddi sanksiyalara yol açır. Onun sözlərinə görə Ukrayna tərəfi məhkəmədən əvvəl proseduru artıq başlayıb, müvafiq NOTA Rusiya Federasiyasına yönləndirilib.
Məhkəmə öncəsi prosedurun 7 ay getdiyini qeyd edərək Petrenko “Bundan sonra biz arbitraj qurulmasını tələb edəcəyik” deyib.
DOSTLARINLA PAYLAŞ: