Ukrayna prezidenti Yuliya Timoşenkoya qarşı işə təsir göstərmədiyini bildirib
09 İyul 2011 Şənbə 12:48
O, məhkəmənin bu məsələdə işinə məmnunluq da ifadə edib
Ukrayna prezidenti Vikor Yanukoviç eks baş nazir Yuliya Timoşenkoya qarşı məhkəmə prosesinə və cinayət işinin baxılmasına təsir göstərmədiyini bəyan edib. Viktor Yanukoviç həmçinin bildirib ki, Yuliya Timoşenkonun müdafiəçisinin tələb etdiyi kimi hakimin dəyişdirilməsi üçün heç bir əsas yoxdur.
«Hüquq nöqteyi nəzərdən, siz necə düşünürsünüz, mən telefonun dəstəyini götürərək, hakimə, prokurora zəng edib, «Sən belə et!» deməliyəmmi? Siz heç bunu təsəvvür edirsiniz? Siz yaxşı başa düşürsünüz ki, mənim bu cür hüququm yoxdur və mən buna malik olmaq da istəmirəm. Mən prokuror və ya hakimi dəyişdirmək də istəməzdim. Bu gün məhkəmə sisteminin işlədiyi cinayət-prosesual məcəllə var. Məhkmə prosesi qanunda yazılıb və hakim ondan istifadə edir.»- Vikor Yanukoviç xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bu barədə mövqeyini açıqlayıb.
O, eyni zamanda Kiyevin Peçersk rayon məhkəməsinin Yuliya Timoşenkonun işinə baxılmasının öhdəsindən uğurla gəldiyini deyib. Ukrayna prezidenti heç kimin hakimi insan kimi təhqir etmək üçün mənəvi hüquqa malik olmadığını da qeyd edib.
Xatırladaq ki, Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qaz idxalı müqaviləsini imzalayarkən vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onu 10 ilədək həbs cəzası gözləyə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: