Ukrayna prezident seçkiləri
17 Yanvar 2010 Bazar 01:45
Təxminən 37 milyon Ukrayna vətəndaşı ölkənin gələcəyinə səs verəcək
Bu gün Ukraynada prezident seçkiləri keçiriləcək. Təxminən 37 milyon Ukrayna vətəndaşı ölkənin gələcəyinə səs verəcək.
Sosioloji sorğuların nəticələrinə görə, müxalifətdə olan Regionlar partiyasının sədri Viktor Yanukoviçin qalib gəlmək şansları böyükdür. Onun qələbəsi isə Ukraynanın xarici siyasi kursunda köklü dəyişikliklər deməkdir.
Seçki məntəqələri yerli vaxtla saat 8.00-də (Bakı vaxtı ilə 10.00) açılacaq, səsvermə saat 20.00-dək (Bakı vaxtı ilə saat 22.00-dək) davam edəcək. Seçki məntəqələri bağlandıqdan sonra sosioloji xidmətlərin keçirdiyi exit-poll-un nəticələri elan ediləcək. Ölkə üzrə 240 seçki məntəqəsində 13 minə yaxın seçicinin rəyinin öyrənilməsi planlaşdırılır. Lakin MSK-nın rəsmi nəticələri o qədər tez açıqlanmaycaq. Seçkidən sonrakı gecə komissiya regionlardan daxil olan nəticələri elan etməyəcək başlayacaq. MSK səsvermənin nəticələrini 27 yanvar 2010-cu ilədək müəyyənləşdirməli və müvafiq protokol tərtib olunmalıdır. Rəsmi nəticələr də məhz bundan sonra açıqlanacaq.
MSK prezidentliyə 18 namizədi qeydə alıb. Onlardan ən tanınmışları fəaliyyətdə olan prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko, Regionlar partiyasının lideri Viktor Yanukoviç, parlamentin spikeri Vladimir Litvin, bank sahibi Sergey Tiqipko və eks-spiker Arseniy Yatsenyukdur.
Əgər namizədlərdən heç biri səslərin 50 faizdən çoxunu toplaya bilməsə, fevralın 7-də seçkilərin ikinci turu keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: