Ukrayna parlamentinin sədri Vladimir Litvin Rusiya ilə münasibətlərin dərhal yoluna qoyulmasına tərəfdar olduğunu bəyan edib. ANS-PRESS-in RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, şənbə günü Luqanskda keçirilən mətbuat konfransında bəyan edib.
"Əgər iqtisadi-ticarət əməkdaşlığı dayandırılarsa, müştərək əməkdaşlıq əsasında formalaşan Ukrayna sənayesi iflasa uğrayacaq. O cümlədən biz satış bazarını itirəcəyik", - deyə o bildirib.
Litvin hakimiyyətin birinci növbəli addımları sırasında dövlətin özəl sektorla münasibətlərin yaxşılaşdırılmasının olduğunu qeyd edib. "Hazırkı məqamda müşahidə etdiklərimizin təkrarlanmaması üçün ciddi danışıqlar aparılmalıdır", - deyə Litvin əlavə edib.