Ukrayna parlamentində dava
17 Dekabr 2010 Cümə 02:05
Deputatlar bir-birilərinin başına kreslo çırpdılar
Ukrayna Ali Radasında prezident Viktor Yanukrviçin Regionlar Partiyasından deputatlarla keçmiş baş nazir Yuliya Timoşenkonun tərəfdarları arasında dava düşüb. “Yuliya Timioşenko Bloku”ndan olan deputatlar ötən cün səhər saatlarında tribunanı bağlayıblar və iclas zalının qarısında stullardan barrikada düzəldiblər. Onlar Yuliya Timoşenkoya qarşı cinayət işinin başlanmasına bu yolla etiraz ediblər. Axşama doğru isə Regionlar Partiyasının nümayəndələri siyasi opponentlərini zaldan qovmaq və tribunanı xilas etməyə çalışıblar. Nəticədə toqquşma baş verib.

“Yuliya Timioşenko Bloku”ndan olan deputat Mixail Volıns bildirib ki, hakim partiyadan olan həmkarlarından biri stulla onun başından vurub: “Başım yarılıb, əlimdə böyük yara var.Çənəmdən də xəsarət almışam. Dişlərimi hiss etmirəm. Regionlar Partiyasından olan həmin deputat digər deputatları da qəddarlıqla döydü”.

Ukrayna Ali Radasının üç deputatı dava-dalaşdan sonra xəstəxanalıq olub. “Ukrainskaya pravda”nın məlumatına görə, iki deputatın başından kreslo ilə vurublar. Onlardan birinin çənəsi sınıb. Parlament binasına bir neçə təcili tibbi yardım briqadası gəlib. Müxalifətçi deputat Vladimir Kravçukun biləyinin sındığı ehtimal edilir. UNİAN agentliyinən məlumatına görə, xəsarət alan deputatlardan ikisinin vəziyyəti ağırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar