Ukrayna parçalanır
25 İyun 2014 Çərşənbə 00:45
"Donetsk Xalq Respublikası"nın Ali sovetinin sessiyasında "DXR"lə "LXR" birləşib.
"Donetsk Xalq Respublikası"nın Ali sovetinin sessiyasında "DXR" və "LXR"nın konfederativ birləşməsi haqqında konstitusiya aktı qəbul edilib.
ANS PRESS-in məlumatına görə, bu haqda Twitter hesabındakı səhifəsində “Donetsk Xalq Respublikası”nın baş naziri Aleksandr Boroday bildirib: "Əhəmiyyətlidir! DNR Ali sovetinin sessiyasında xalq respublikalarının İttifaqına DNR-nın və LNR-nın konfederativ birləşməsi haqqında Konstitusiya aktı qəbul edilmişdir.— Aleksandr Boroday (@a_borodai) 24 iyun 2014"
DOSTLARINLA PAYLAŞ: