Ukrayna ordusu döyüş vəziyyətinə gətirildi
02 Mart 2014 Bazar 15:21
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy brifinq keçirib.
Ukrayna ordusu hərbi döyüş vəziyyətinə gətirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy Ali Radada keçirilən brifinq zamanı məlumat verib. O, qeyd edib ki, bu Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin gizli qərarının ikinci bəndidir.

Parubiy onu da qeyd edib ki, komitənin qərarında Ukrayna Müdafiə Nazirliyi, Silahlı Qüvvələrinin Baş Qərargahıyla müəyyən edilmiş müddətlər çərçivəsində hərbiçilər üçün tədris qrupları təşkil etməli olduğu göstərilib..

Parubiy qərarda Krım Muxtar Respublikasında vəziyyətlə əlaqədar olaraq operativ qərargahın yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə yeni yaradılacaq qərargahda hökümət nümayəndələri təmsil olunmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar