Ukrayna NATO-dan imtina etdi
04 Aprel 2010 Bazar 15:25
Viktor Yanukoviç quruma qəbulla məşğul olan komissiyanı ləğv edib.
Ukrayna prezidenti Viktor Yanukoviç ölkənin NATO-ya qəbul edilməsinə hazırlıq məsələlərinə dair təsisatlararası komissiyanı ləğv edib. Ölkə başçısının imzaladığı fərmanda belə deyilir.
Digər bir qərarla isə Avro-Atlantik inteqrasiya məsələləri ilə məşğul olan milli mərkəz ləğv edilib və mərkəzin direktoru Vladimir Qorbulin vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ukraynanın yeni hakimiyyəti dəfələrlə bildirib ki, ölkənin NATO-ya daxil edilməsi məsələsi gündəlikdə deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: