Ukrayna muzdlu orduya keçir
14 Oktyabr 2013 Bazar Ertəsi 23:58
Viktor Yanukoviç silahlı qüvvələrə son səfərbərlik barədə əmr verib.
Ukrayna prezidenti Viktor Yanukoviç oktyabrın 14-də ölkə silahlı qüvvələrinə son səfərbərlik barədə əmr verib. ANS PRESS Ukrayna mətbuatına istinadən bildirir ki, bununla da o, seçkiqabağı verdiyi vədinə əməl edib.

Ukraynanın qadın qəhrəmanları ilə söhbətində o bildirib ki, hazırda Ukrayna ordusunda elə texnologiyalar tətbiq edilir ki, yalnız yüksək peşəkarlıqlı hərbiçilərə ehtiyac yaradır.

Daha öncə, Ukrayna müdafiə naziri bildirmişdi ki, silahlı qüvvələrdə müddətli hərbi xidmət üçün yalnız 5 min çağırışçı cəlb ediləcək. Onun sözlərinə görə, muzdlu hərbçilər hazırda ordunun 58%-ni təşkil edir. Bundan sonra bu göstərici 100%-ə çatdırılacaq. Ancaq Ukrayna prezidentinin sözlərinə görə, daxili qoşunlarda müddətli xidmət saxlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar