Ukrayna parlamenti müdafiə naziri Yuri Yexanurovu işdən azad edib. Bu qərarın lehinə 363 millət vəkili səs verib. Qeyd edək ki, onun işdən çıxarılması üçün 226 səs kifayət idi.
Baş nazir Yuliya Timoşenko isə müdafiə nazirini korrupsiyada günahlandırıb.
Qeyd edək ki, Y. Yexanurov 2007 - ci ilin dekabrından bu vəzifədə işləyib./ANS PRESS/