Ukrayna milisinin adı dəyişdirildi
12 Mart 2014 Çərşənbə 00:20
Böyük Britaniya hüquq-mühafizə sistemi islahatlarında Ukraynaya ekspert yardımı edəcək.
Ukrayna hökuməti hüquq-mühafizə orqanlarında dərin islahatlar aparmaq, həmçinin milisin adını polisə dəyişmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazirin müavini Vitali Yarema bildirib.

"Bizim planlarımız sadəcə "milis" adını "polis"ə çevirməkdən ibarət deyil, bütün hüquq-mühafizə orqanları sistemində dərin sistem islahatları aparmaq və vətəndaşların ona etibarına bərpa etməkdir", - deyə Yarema Böyük Britaniyanın Kiyevdəki səfiri Saymonom Smitlə söhbətində bildirib.

"Bizim hökumət anlayır ki, ölkədə durumun sabitləşməsi və hakimiyyətə etibarın bərpası üçün yalnız sərt tədbirlər yetərli deyil. Buna görə də biz fəal şəkildə sistemli iqtisadi islahatların aparılması üzərində işləyirik, biznesin işinin bərpası və korrupsiyaya qarşı mübarizə üzərində işləyirik", - deyə Yarema vurğulayır.

Tərəflərin anlaşmasına görə, Böyük Britaniya hüquq-mühafizə sistemi islahatlarında Ukraynaya ekspert yardımı edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar