Ukrayna KQB binasının üzərində Rusiya bayrağı
15 Mart 2014 Şənbə 18:26
Rusiya yönümlü fəallar Donetsk şəhərində Ukrayna təhlükəsizlik xidməti idarəsinin (TXİ) binasının qarşısında piket keçirirlər.
Ukraynanın Donetsk şəhərində Rusiya yönümlü fəallar Ukrayna təhlükəsizlik xidməti idarəsinin (TXİ) binasının qarşısında piket keçirirlər.

ANS PRESS-in məlumatına görə, TXİ binasının üzərində Rusiya bayrağı asılıb. Piket iştirakçıları binanın qapılarını qırıblar və “Qubarevə azadlıq!” şüarı qışqırırlar, onlar TXİ-nin rəhbərlərinin gəlməsini tələb edirlər.

Rusiya yönümlü fəallar Donbassın statusu haqqında referendum keçirilməsini tələb edirlər. Dünən Donetskin mərkəzində Rusiya yönümlülərin “Vahid Ukrayna uğrunda” aksiyasına hücumu nəticəsində ən azı 1 nəfər ölüb və 50-yə yaxın adam zədə alıb.

Martın 1-də Donetskdə Rusiya yönümlü aksiya olmuşdu və vilayət administrasiyasının binasına hücum edilib. Binanın yanına Rusiya bayrağı taxılmışdı. Mitinqin gedişində Pavel Qubarev Donetsk vilayətinin "xalq qubernatoru" seçilmişdi.

Martın əvvəlində o, TXİ tərəfindən saxlanmışdı və kütləvi iğtişaşlar törətdiyinə görə ona qarşı cinayət işi qaldırılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar