Ukrayna hökuməti Euro-2012-yə xərclənəcək vəsaiti açıqladı
08 İyun 2011 Çərşənbə 03:39
Əsas vəsait Kiyev və Lvovda stadion tikintiçinə yönəldiləcək.
Ukrayna tərəfinin 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının hazırlıqlarına xərclədiyi vəsait 750 milyon dolları ötməyəcək. Bu barədə məlumatı Ukraynanın baş nazirinin müavini, infrastruktur naziri Boris Kolesnikov bildirib.
“Euro-2012-yə birbaşa xərclər iki stadionnun tikintisinə yönələcək - Lvovda 150 milyon dollar, Kiyevdə isə 550-560 milyon dollar. Beləliklə, çempioantla bağlı ümumi xərclər 700750 milyon dollar təşkil edəcək”, - baş nazirin müavini bildirib. Onun sözlərinə görə, digər infrastruktur obyektlərinə, o cümlədən, hava limanlarının tikintisi və yolların salınmasına vəsait hər il dövlət büdcəsindən ayrılır və bunun qitə birinciliyinin keçirilməsi ilə əlaqəsi yoxdur.
Kiyev şəhər adimnistrasiyasının rəhbəri Aleksandr Popov isə deyib ki, ilin sonunadək Urkayna paytaxtın 1 426 nömrəlik səkkiz yeni mehmanxana istifadəyə veriləcək.
Bundan başqa, Kiyevlə “Borispol” hava limanı arasında 60 komfortlu avtobus 1 dəqiqəlik intervalla hərəkət edəcək. “Kiyev Euro-2012-yə hazırlıqla bağlı bütün öhdəlikləri yerinə yetirəcək”, - Aleksandr Popov bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: