Ukrayna hökumet binası qarşısındakı barrikadaları sökülür
09 Dekabr 2013 Bazar Ertəsi 21:49
Xüsusi teyinatlılar etirazçıları hökumet evinin ve nazirler kabinetinin binasından da uzaqlaşdırmağa nail olub.
Ukraynada avrointeqrasiya terefdarlarının kütlevi etiraz aksiyaları davam edir. ANS PRESS-in “RİA Novosti”ye istinaden verdiyi melumata göre, Ukrayna xüsusi teyinatlıları hökumet evinin qarşısında toplaşan nümayişçileri mühasireye alaraq barrikadaları sökmeye başlayıblar.
Ukrayna KİV-in yazdığına göre, Kiyev hüquq-mühafize orqanları küçelerde barrikada qurmuş avrointeqrasiya terefdarlarına qarşı hücuma keçibler. Ukraynanın “5-ci kanal”ının verdiyi melumata göre, xüsusi teyinatlılar, demek olar ki, hökumet binasının qarşısında toplaşan ehalini bütünlükle oradan uzaqlaşdırmağa nail olub. Onlar hemçinin nümayişçileri nazirler kabinetinin binasından da uzaqlaşdıra bilibler.
Xatırladaq ki, Ukraynada hökumetin avrointeqrasiya siyasetine qarşı kütlevi etirazlar noyabr ayının 21-den başlayaraq davam edir. ehali hökumet evinin ve nazirler kabinetinin binaları qarşısında barrikadalar ve çadırlar qurublar.