Ukrayna Ermənistandakı səfirini geri çağırdı
22 Mart 2014 Şənbə 01:37
Ermənistan Ukraynanın notasına cavab verdi.
“Ermənistan xalqların öz müqəddaratını təyin etmək istəyini dəstəkləyir”.
ANS PRESS-in verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ukraynanın Ermənistandaki səfiri İvan Kuxtla görüşü zamanı deyib.
Qeyd edək ki, bu gün Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski keçirdiyi brifinqdə Ukraynanın Ermənistana nota göndərdiyini bəyan etmişdi. Daniil Lubkivskinin sözlərinə görə, Ermənistan Krımı müstəqil respublika kimi tanısa, bu, Ukrayna-Ermənistan münasibətlərində son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq.
Ukraynalı diplomat İrəvanda öz həmkarına Rusiya və Ermənistan prezidentlərinin telefon danışıqlarında Serj Sarkisyanın Krımda keçirilən referendumu dəstəklədiyini deməsindən məyus olduğunu açıqlayıb.
Xatırladaq ki, bu görüşdən sonra Ukraynanın Ermənistandakı səfiri məsləhətləşmələr aparmaq üçün Kiyevə dönüb.
DOSTLARINLA PAYLAŞ: