Ukrayna artilleriya atəşinə tutuldu
11 Avqust 2014 Bazar Ertəsi 13:16
Rusiya ərazisindən Ukrayna ordusunun Luqanskın Makarov və Kamışnoe rayonlarındakı blokpostları artilleriya atəşinə tutulub.
ANS PRESS-in məlumatına görə, bunu hərbi ekspert Dmitri Timçuk Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, blokpostlardan başqa Ukrayna sərhəd keçid məntəqələri də atəşə tululub. Ukrayna ordusunda itkilərin olmadığı bildirilir.
Dmitri Timçuk bildirib ki, Luqanskda separatçılar hərbi tibbi yardım avtomobilinə də silahlı hücum edib.
“Hücumlar avtomobil eyni anda müxtəlif mövqelərdən minomyotlardan atəşə tutulub. Yaralıların olduğu bildirilir. Luqansk aeroportu isə BM-21 “Qrad”ları ilə vurulub. Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur”, deyə Timçik qeyd edib.
DOSTLARINLA PAYLAŞ: