Uitni Hyuston son mənzilə yola salınır
19 Fevral 2012 Bazar 00:44
Nyu-Cersi ştatındakı bütün dövlət müəssisələrində dövlət bayraqları endirilib.
Amerikanın Nyu-Ark şəhərində dünya müsiqisinin əfsanəsi, müğənni Uitni Hyustonla vida mərasimi keçirilir. Mərasim məşhur müğənninin uşaqkən xorunda oxuduğu kilsədə təşkil edilib.
Nyu-Cersi ştatındakı bütün dövlət müəssisələrində dövlət bayraqları endirilib. Müğənninin minlərlə pərəstişkarı onun vətəninə yollanıb. Kilsədəki mərasimdə isə Uitni Hyustonun qoşumları, eləcə də, Opra Uinfri, Alişa Kiiz, Stivi Uander də daxil olmaqla dotsları toplaşıblar.
Uitni Hyustonla məşhur “Cangüdən” filmində oynamış Kevin Kostner çəkilişləri xatırlayıb. “Yadımdadır, o həmişə öz-özlüyündə şübhəliydi - mən hər şeyi düzmü edirəm, daha yaxşı oyna bilərdimmi, insanlar məni sevirmi… Uitni, mən bilmirəm indi məni eşidirsən, ya yox, amma demək istəyirəm - mənim rolumu yüzlərlə aktyor oynaya bilərdi, lakin Reyçel Meronu yalnız sən oyana bilərdin. Və indi, səni mələklərin böyük ordusu atanın yanına müşayiət etdiyi bir vaxtda bil ki, sən ən yaxşısan”, - aktyor deyib.
Uitni Hyustonun yaxınlarının razılığı ilə vida mərasimi internetdə canlı yayımlanır.
DOSTLARINLA PAYLAŞ: