Uinston Çörçilin rəsimləri sərgiyə çıxarılıb
01 Fevral 2012 Çərşənbə 21:57
"Mərakeşdə görüşlər" adlı sərgi mart ayının sonuna kimi davam edəcək.
Londonun Leyto Ev Muzeyində əsasən keçmiş Britaniya lideri Ser Uinston Çörçil və tanınmış şərq rəssamı Həsən əl Qlauinin rəsmlərindən ibarət olan “Mərakeşdə görüşlər” adlı sərgi öz işinə başlayıb. II dünya müharibəsi dönəmlərində Britaniyanın xarizmatik baş naziri olmuş Çörçil siyasətlə yanaşı həvəskar rəssamlıqla da məşğul olub.

Mərakeşə müntəzəm olaraq səfər edən baş nazir, bu ölkəni çox sevərək, dünyanın ən görməli yerlərindən olduğunu qeyd edirdi. Ərəb dünyasının ən məşhur rəssamlardan biri olan Həsən Əl Qlauinlə tanışlığı məhz belə səfərlərdən biri zamanı baş tutub.

Möhtəşəm sərginin açılışında hər iki şəxsiyyət haqqında ətraflı danışılıb, rəsmlər arasında ortaq məxrəclər və oxşarlıqlar qonaqlara aşılanıb.

Qeyd edək ki, Leyto Ev Muzeyində start götürən “Mərakeşdə görüşlər” adlı sərgi mart ayının sonuna kimi davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar