Uğur gətirən Moskva iti
22 Sentyabr 2013 Bazar 12:57
Hər gün yüzminlərlə insan bu itə toxunmadan günə başlamır.
Moskvada metropolitenin içərisində olan heykəl it insanlar tərəfində uğur gətirən inam mənbəyinə çevrilib. Bloqqer Pavel Nemçinovun fikri daha sonra bir çox insanların da inamıma səbəb olub. ANS PRESS-in Rusiya mətbuaına istinadən verdiyi məlumata görə, metroya daxil olan və qatardan enən sərnişinlər əllərini kütləvi surətdə itə toxunduraraq yanından keçirlər. Paytaxt metrosunda tuncdan hazırlanan heykəlin tarixi ötən əsrə gedib çıxır. Əsası 1938-ci ildə “Bumanki” tələbələri tərəfindən qoyulan heykəl paytaxtın “İnqilab Meydanı” stansiyasında yerləşir. İşlərinin uğurlu alınacağına inananlar “uğur gətirən itə” toxunaraq yollarına davam edirlər.







DOSTLARINLA PAYLAŞ:

oyunlar