Ucuz geyinməyi sevən birinci xanım
15 İyun 2011 Çərşənbə 04:38
Amerikanın birinci xanımı paltarlarını endirimdə olan internet mağazalarından alır
ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın ucuz geyimləri Amerikada günün müzakirə məsələsi olub. “Huffington Post” internet saytı birinci xanımın “gap.com” saytında 29.99 dollara satılan ucuz geyimdən köynək kimi istifadə etdiyini yazır. Sayt həmçinin ABŞ birinci xanımının ucuz paltarardan müxtəlif geyimlər hazırlayaraq bunlardan istifadə etdiyini də iddia edir. Qeyd edək ki, Mişel Obama daha əvvəl də “GAP” mağazasından alınmış 10 dollarlıq köynəklə şəkli çəkilərək və “birinci xanım ucuz geyinməyi sevir” şərhi ilə bir müddət mətbuatın gündəmində olmuşdu.
DOSTLARINLA PAYLAŞ: