Üçüncü uşağı dünyaya gələn ailələrə pulsuz torpaq sahəsi verilməlidir
30 Noyabr 2010 Çərşənbə Axşamı 17:05
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev Federasiya Şurası qarşısında ənənəvi illik müraciətlə çıxış edib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, D. Medvedev Kreml sarayının Georgiyev zalında yaxın perspektiv üçün daxili və xarici siyasətin əsas istiqamətlərini açıqlayıb.
Dövlət başçısı bəyan edib ki, bir saylı vəzifə gələcək nəslin qayğısına qalmaqdır. Uşaqlardan və demoqrafik vəziyyətdən danışan D. Medvedev hesab edir ki, üçüncü övladı dünyaya gələn ailələrə əvəzsiz olaraq torpaq sahəsi verilməlidir: “Bildiyimə görə, İvanovsk vilayətində üçüncü körpə doğulduqdan sonra ailəyə yaşayış evi və ya bağ evinin tikintisi üçün pulsuz torpaq sahəsi ayrılır. Bu, çox düzgün addımdır və digər vilayətlər üçün nümunədir. Bu praktikanı hər yerdə tətbiq etməyi məqsədəuyğun sayıram”. Bundan başqa, üçüncüdən başlayaraq hər uşağa aylıq müavinətlər 3 min rubla qədər artırılacaq.

D. Medvedev uşaqlarla bağlı effektiv siyasət aparmağın vacibliyini vurğulayıb: “Biz demoqrafik problemlə çox ciddi və uzunmüddətli məşğul olmağa girişmişik. Lakin yaxın 15 ildə 90-cı illərdəki demoqrafik tənəzzülün nəticələrinin özünü göstərəcəyini də anlamalıyıq”. Prezidentin sözlərinə görə, bu müddətdə reproduktiv yaşda qadınların sayı ciddi şəkildə azalacaq və bu, millət üçün çox ciddi təhlükədir. Onun fikrincə, sonsuzluğun müalicəsi üçün dövlət dəstəyini artırmaq lazımdır.

D. Medvedev kommersiya məqsədli ələ alma və rüşvət vermək üçün bu rüşvətin yüz qatı həcmində cinayət məsuliyyəti tətbiq olunmasını da təklif edib. O, korrupsiya ilə mübarizənin əsas vəzifələrdən biri olaraq qaldığını söyləyib: “Təcrübə göstərir ki, hətta 12 il azadlıqdan məhrumetmə cəzasə da rüşvətxorları dayandırmır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar