Üçüncü dünya müharibəsinin qarşısını mən aldım
15 Noyabr 2010 Bazar Ertəsi 06:20
İngilis müğənni NATO sülhməramlı qüvvələri komandirinin əmrinə itaət etmədiyini bildirib
İngiltərənin məhşur müğənnisi Ceyms Blant 1999-cu ildə Kosovoda amerikalı general Uesli Klarkın əmrinə qulaq asmayaraq beynəlxalq bir böhranın və gözlənilən III dünya müharibəsinin qarşısını aldığını deyib. O tarixdə Britaniya sülhməramlı ordusunda kapitan olan müğənni bu barədə “BBC” radiosuna verdiyi müsahibədə danışıb. Blan, 200-ə yaxın rus hərbçisinin nəzarətində olan Priştina hava limanını ələ keçirmək istiqamətində əmr aldıqlarını deyib. “Generalr Klark əmri altında olan NATO əsgərlərinə və onların komandiri olan mənə rusları məhv etmək əmrini verdi. Əsgərlər hamısı havadan müdafiə taborundan idi. Yəni döyüşün başlayacağına şübhə yox idi. Amma general əmr verərkən normal olmayan kəlmələrdən (məhv etmək) istifadə etmişdi”.

Hal-hazırda bir xeyriyyə fondunun rəhbəri olan 36 yaşlı Blant ingilis general Mayk Ceksonun əmrləri radio-stansiyadan eşitdiyini, öz əsgərlərinin III dünya müharibəsinin səbəbkarı olmasına izn verməyəcəyini dediyini bildirir. “General bizə döyüşməməyi, hava limanını bir nemə gün mühasirədə saxlamağı əmr etdi və beləcə rusların aeroportu bzimlə ortaq istifadə etməyə məcbur qalacaqlarını dedi”.

Müğənni, general Mayk Ceksonun əmri olmasa belə hərbi tirbunalda mühakimə olunmaq bahasına bu əmrə itaət etməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, ingilis müğənni Ceyms Blant hərbi xidməti 2002-ci ildə başa vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar