Üç küveytli diplomat İrandan çıxarıldı
11 Aprel 2011 Bazar Ertəsi 00:39
Rəsmi Tehran bu addımı Küveyt hakimiyyətinə cavab kimi atıb.
Rəsmi Tehran Küveytin üç diplomatını ölkədən çıxarıb. İncilisdilli Press TV telekanalının məlumatına görə, bu addım Küveyt tərəfinin analoji tədbirinə cavab xarakteri daşıyıb.
Aprelin 2-də Küveyt öz ərazisində İran səfirliyinin üç əməkdaşını çıxarıb. Bu addım həmin diplomatların Küveyt ərazisindəki Amerika hərbi bazaları haqqında informasiya toplamaqla məşğul olması barədə ittihamlarla əsaslandırılıb. İttihamlara görə, diplomatlar topladıqları informasiyaları İran hakimiyyətinə ötürüblər.
İran XİN isə bəyan edib ki, belə ittihamlar onlarda yalnız suallar və təəccüb doğurur. Belə ki, bir il əvvəl Tehranın Küveyt ərazismində casus şəbəkəsi yaratması ilə bağlı ittihamlar Küveytin rəsmi şəxsləri, o cümlədən, parlamentin spikeri tərəfindən təkzib edilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: