Üç erməni Krımda arzuolunmaz şəxs elan edildi
28 Mart 2014 Cümə 00:37
Persona non qrata siyahısına yeni parlament koalisiyasının üzvləri daxil edilib.
Krım Radasının Dövlət Şurasının saytında yarımadada arzuolunmaz şəxslərin siyahısını dərc edilib.
ANS PRESS-in məlumatına görə, siyahıda 320 ukraynalı siyasətçinin adı var. Persona non qrata siyahısına yeni parlament koalisiyasının (Batkivşina, UDAR və Azadlıq fraksiyalarının) üzvləri və başqaları daxil edilib.
Prezident vəzifəsini icra edən Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk, baş nazirin müavini Vitali Yarema və başqalarının adları da siyahıda yer alıb.
Onların sırasında üç nəfər erməninin də adı var. Bunlar daxili işlər naziri Arseni Avakov, deputatlar Vilen Şatvoryan və Nver Mxitaryandır.
DOSTLARINLA PAYLAŞ: