Twitterdə yazdığı baha başa gəldi
11 Mart 2014 Çərşənbə Axşamı 05:02
Səudiyyə Ərəbistanı sakininin twitterdə yazdığı ismarış həbs cəzası almasına səbəb olub.
ANS PRESS-in xəbərinə görə, Səudiyyə ərəbistanıda bir nəfər sosial şəbəkə saytı "Twitter"də yazdığı tvitlər səbəbiylə 10 il həbs cəzasına məhkum edilib.
Adı açıqlanmayan bu şəxs "Twitter"də "idarəçilər, alimlər və dövlət qurumları əleyhinə mesajlar yazdığı" ittihamı ilə mühakimə olunaraq 10 il həbs və 100 min rial (təxminən 27 min dollar) pul cəzası kəsilib.
Məhkəmə, həmçinin həmin şəxsin telefonu ilə yanaşı, sərbəst buraxıldıqdan sonra 10 il xaricə çıxmaq hüququnu da əlindən alıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanıda bir neçə gün əvvəl "Twitter"-də nümayiş çağırışı edərək dövlət liderlərinə lağ edən bir nəfərə isə 8 il həbs cəzası verilmişdi.
DOSTLARINLA PAYLAŞ: