Twitter yasaq qərarına münasibət bildirdi
21 Mart 2014 Cümə 07:47
Türkiyədə dünyanın ən məşhur sosial şəbəkələrindən olan Twitter bağlanmasına şəbəkə rəsmiləri münasibət açıqlayıb.
ANS PRESS-in xəbərinə görə, “Twitter “in San Fransisko şəhərindəki mərəkəzindən verilən açıqlamada mobil cihaz istifadəçilərinin SMS-dən istifadə edərək tvit yaza biləcəkləri qeyd edilib.
Şirkət rəhbərliyi həmçinin bu istiqamətdə araşdırma apardıqlarını bildiriblər: “Türkiyədəki xidmətimizə mədudiyyət qoyulması barədə xəbərləri araşdırırıq”.
Xatırladaq ki, ötən gecə Türkiyədə sosial şəbəkə saytı "Twitter”dən istifadəyə məhdudiyyət qoyulub.
DOSTLARINLA PAYLAŞ: