Twitter Türkiyə qarşısında geri addım atdı
22 Mart 2014 Şənbə 20:39
Twitter Samsun şəhərində C.K. adlı qadının adından təhqiramiz yazı və şəkillərlə paylaşılan saxta hesabı bağlayıb.
Twitter Türkiyə Telekommunikasiya Nazirliyinin (TTN) məhkəmə qərarına əsasən silinməsini istənilən hesabları bağlamağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Twitter Türkiyənin Samsun şəhərində C.K. adlı qadının adından istifadə edilərək təhqiramiz yazı və şəkillərlə paylaşılan saxta hesabı bağlayıb.

Xatırladaq ki, C.K adlı şəxs onun adından twitter-də istifadə edildiyinə görə, Samsun 2-ci Sülh Cəza məhkəməsinə müraciət etmişdi.

TTN-dən verilən açıqlamada isə bildirilirdi ki, Twitter-ə hesabın bağlanması barədə müraciət edildiyini, lakin Twitter-in müraciətə laqeyd yanaşdığını əsas gətirərək Türkiyə vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün şəbəkəyə giriş qadağan edilib.

Qeyd edək ki, martın 21-dən Türkiyədə Twitter şəbəkəsinə giriş qadağan edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar