TV aparıcısı Ərdoğana efirdə əxlaqsız dedi
21 İyul 2013 Bazar 11:46
Küçələrə çıxan misirlilər sənə və sənin xalqına milli iradənin necə olduğunu öyrətdilər.
Misirdə hərbi dövlət çevrilişinə dəstək verən “RNN” telekanalının aparıcısı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan barədə efirdə ağır sözlər deyib. Ərdoğanı Misirin daxili işlərinə qarışmaqda ittiham edən aparıcı Türkiyənin baş nazirinə əxlaqsız deyir.

“Mursini və “Qardaşları” müdafiə edən o məlum şəxs Ərdoğan, qəbul etmədiyimiz əxlaqsız və hiddət dolu açıqlamasında sadəcə Mursini tanıdığını deyir. Biz və hər hansı bir Misir vətəndaşı onun fikirlərini sillə ilə qarşılamalıyıq. Sən kimsən? Misir xalqından sənə nə? Nə sən, nə Mursi, nə də başqa biri Misirdə heç bir haqq sahibi deyil. Küçələrə çıxan misirlilər sənə və sənin xalqına milli iradənin necə olduğunu öyrətdilər”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar