TV aparıcısı canlı yayım vaxtı orucunu açdı
01 Avqust 2012 Çərşənbə 04:16
Aparıcının yemək yeməsini televiziya tamaşaçıları da görüb.
Türkyədəki özəl telekanallarıdan birinin aparıcısı canlı yayım vaxtı orucunu açıb. Hadisə xəbərlə bağlı kadrların nümayişi vaxtı baş verib. Qeyd edək ki, “Kanal 7”-nin əsas xəbər buraxılışının aparıcısı Erhan Çelik xəbəri oxuduqdan sonra kadrların nümayişi vaxtı orucunu açaraq yemək yediyi vaxt təsadüfən bu vəziyyətdə efirdə görünüb. Aparıcının yemək yeyən görüntüsü efirdə bir neçə saniyə davam etsə də bu hadisə ölkədə günün mövzusu olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar