Turqut Özalın ölümü ilə əlaqədar ekspertizanın rəyi açıqlandı
12 Dekabr 2012 Çərşənbə 02:05
Mərhum eks-prezidentin bədənində zəhərə rast gəlindiyi rəsmən təsdiqləndi.
Türkiyənin mərhum eks-prezidenti Turqut Özalın ölümü ilə bağlı məhkəmə tibb ekspertizasının rəyi hazırdır. ANS PRESS-in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, prokurorluğa göndəriləcək rəydə Turqut Özalın bədənində zəhərə rast gəlindiyi təsdiqlənir. Lakin ekspertiza ölüm səbəbilə bağlı dəqiq ehtimal irəli sürməyib.
Ekspertizanın rəyi Ankara prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, Turqut Özəlın məzarı oktyabrın 2-də açıqlmış, oktyabrın 5-də eks-prezident yenidən dəfn edilmişdi.
Məhkəmə tibb ekspertizası Turqut Özalın cənazəsindən, məzar torpağından, məzarın içindəki sudan və s. götürülən nümunələr üzərində araşdırma aparmışdı.
DOSTLARINLA PAYLAŞ: