Turqut Özalın nəşinin ekspertizası şok effekti yaratdı
24 Noyabr 2012 Şənbə 14:32
Mərhum prezidentin nəşində dörd ayrı zəhərin olduğu aşkarlanıb
Ölümü şübhəli bilinərək məzarı açılan Türkiyənin VIII prezidenti Turqut Özalın cəsədindən alınan nümunələrin nəticələri şok effekti yaradıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nümunədən dörd ayrı zəhərli maddənin olduğu aşkarlanıb.

Məhkəmə tibbi ekspertizasının apardığı araşdırmada eks-prezidentin bədənində DDT (zəhər), Kadmium (ağır metal), Amerikum və Polonium (radioaktiv maddə) aşkarlanıb.

Mütəxəssislərin bildirdiyinə görə, DDT bədənə çox miqdarda qəbul ediləndə şok və ani ölümə səbəb olur. Böcək zəhərinin T.Özala maye və ya bərk qida maddələri ilə birlikdə verildiyi bildirilir. Zəhər özünü qusma, ishal, tər, tənəffüs çətinliyi, nəbz artımı, əzələlərdə zəifləmələr, sıxılmalar şəklində göstərir.

Normal insan orqanizmində də rast gəlinən DDT mərhum prezidentin nəşində 10 dıəfədən artıq aşkarlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar