TürkPA zirvə toplantısına hazırlaşır
18 Noyabr 2010 Cümə Axşamı 11:15
Toplantı Astanada keçiriləcək
Baş katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) gələn ilin martında Astanada keçiriləcək zirvə toplantısına hazırlaşır.
TürkPA-nın Astana toplantısında təşkilatın sosial və hüquq, iqtisadiyyat, ticarət və enerji məsələləri, hüquq və beynəlxalq əməkdaşlıq üzrə üç daimi komitəsinin yaradılması, həmin komitə sədrləri, müavinləri və üzvlərinin seçilməsi, komitə katiblərinin təyinatı planlaşdırılır.
Həmin sessiyada TürkPA-nın 2011-2012-ci illər üçün fəaliyyət proqramının, assambleyanın gerbi və digər atributları haqqında qərarların qəbulu da nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: