Türkmənistanın dövlət başçısı yenidən prezidentliyə namizəd oldu
04 Yanvar 2012 Çərşənbə 02:34
Mərkəzi Seçki Komissiyası Qurbanqulu Berdımuhammedovun namizədliyini qeydə alıb.
Türkmənistanın fəaliyyətdə olan prezidenti Qurbanqulu Berdımuhammedov ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən bu il fevralın 12-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bundan əvvəl daha yeddi namizəd qeydə alınıb. Türkmənistan MSK-nın məlumatına görə, qeydiyyat yanvarın ortalarında başa çatacaq. İndiyədək Türkmənistan prezidentliyinə 15 nəfərin namizədliyi irəli sürülüb.

Qurbanqulu Berdımuhammedovun namizədliyi ötən il dekabrın 15-də irəli sürülmüşdü.

Türkmənistanda ilk alternativli prezident seçkiləri 2007-ci ilin fevralında keçirilib. Həmin seçkilərdə qalib gələn Qurğanqulu Berdımuhammedovdanq başqa beş namizəd mübarizə aparırdı.

Türkmənistan Konstitusiyasına görə, bu ölkədə doğulan, yaşı 40-dan 70-ədək olan, dövlət dilini bilən və son 15 il ərzində fasiləsiz Türkmənistanda yaşayan şəxslər prezident seçilə bilərlər. Dövlət başçısı beş il müddətinə seçilir və həm də hökumətə başçılıq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar