Türkmənistan Rusiyaya qaz ixracını artırmağa hazırdır
22 Oktyabr 2010 Cümə 19:30
Türkmənistan və Rusiya prezidenti Aşqabadda danışıqlar aparıb.
Türkmənistan Rusiyaya qaz ixracını artırmağa hazırdır. Bu bəyanatla Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov bu ölkəyə səfərə gələn Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə çıxış edib. Danışıqların əsas hissəsi energetika məsələsi ətrafında olub. Tərəflər Xəzər dənizinin hüquqi statusunu da müzakirə edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov deyib ki, rəsmi Aşqabadın əsas prinsipial yanaşması Xəzərin hüquqi statusu və Xəzərin resurslarından istifadəsi məsələlərinin Xəzəryanı ölkələrin öz aralarında ümumi qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında qarşılıqlı hörmət və bərabərhüquqlu əsaslar nəzərə alınmaqla, həll olunmasından ibarətdir.

Türkmən liderinin sözlərinə görə, əsas odur ki, Xəzər dənizi vacib strateji regiondadır və bərpa olunmuş effektiv əməkdaşlıq bütün 5 Xəzəryanı ölkənin uzunmüddətli maraqlarına cavab verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar