Türkmənistan prezidenti hökumətdə ciddi dəyişiklər etdi
10 İyul 2011 Bazar 01:50
Türkmənistan prezidenti hökumətdə ciddi dəyişiklər etdi. Bir gündə kadr dəyişikləri ilə bağlı 20-dən çox fərman imzalanıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə ciddi rotasiya aparıb. Hökumətin 2011-ci ilin birinci yarısının yekunlarına dair iclasından sonra dövlət başçısı 20-dən çox fərman imzalayır.

Baş nazirin müavinləri səviyyəsində maliyyə və kənd təsərrüfıtına məsul şəxslər dəyişdirilib. Üç ilə yaxındır maliyyə-büdcə məsələləri sahəsminə caıvabdeh olan Tuvakməmməd Caparov Mərkəzi Bankın rəhbəri təyin edilib. Aqrar sahəyə məsul olan Müradgəldi Akməmmədrov isə vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə işdən azad edilib.

Bundan başqa, Qurbanqulu Berdıməhəmmədov 20-dən çox rayon administrasiyasının başçısına kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda becərilməsi sahəsindəki fəaliyyətini təşkil edə bilmədiyinə görə töhmət verilib.

Əvvəllər Daoşoğuz vilayətinin administarsiya rəhbəri olmuş Məmmədniyaz Nurməmmədov kənd təsərrüfatı sahəsi üzrə baş nazirin müavini təyin edilib. Hökumət başçısının maliyyə-bank sistemi üzrə müavini vəzifəsinə isə maliyyə naziri Annaməhəmməd Qoçıyev gətirilib. Nazir postu əvvəllər müavin işləyən Dövlətgəldi Sadıkova tapşırılıb.

Tikinti materialları sənayesi naziri, Turizm və İdman üzrə Dövlət Koitəsinin sədri, “Türkmən atları” birliyinin və heyvandarlıq üzrə səhmdar cəmiyyətlərin birliyi olan “Türkmən malları” assosiasiyasının rəhbərləri də dəyişdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar